“Qarabağ
fəryadı”
Fevralın 22-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin akt zalında Xocalı soyqırımının ildönümü ilə əlaqədar uşaq musiqi və incəsənət məktəblərinin Direktorlar Şurası “Qarabağ fəryadı” adlı tədbir keçirib.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbir iştirakçılarına məktəbin foyesində Xocalı faciəsini əks etdirən fotosərgi, soyqırımına dair videoçarx nümayiş olunub. Tədbirdə şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səslənib, bədii kompozisiyalar təqdim edilib.
* * *
Xətai rayon Mədəniyyət
mərkəzi fevralın 21-də 249 saylı orta
məktəbdə Xocalı soyqırımının 22-ci
ildönümünə həsr olunmuş
tədbir keçirib. Xocalı şəhidlərinin
ruhu bir dəqiqəlik
sükutla yad edildikdən
sonra soyqırımını əks etdirən
videoçarx nümayiş
etdirilib. Sonra Xalq teatrının və R.Babayev
adına 25 saylı 11 illik musiqi
məktəbi kamança sinfinin
şagirdinin ifasında Xocalı
soyqırımı qurbanlarına həsr olunmuş
bədii kompozisiya təqdim olunub.
Mədəniyyət.- 2014.- 26
fevral.- S. 6.