“Milli istiqlal və Turan aşiqi”
Fevralın 21-də Milli İstiqlal
Muzeyində Azərbaycan
ictimai fikrinin görkəmli nümayəndəsi,
tanınmış maarifçi
və yazıçı-publisist
Əli bəy Hüseynzadənin 150 illik
yubileyinə həsr olunmuş “Milli istiqlal və Turan aşiqi” mövzusunda dəyirmi masa keçirildi.
Tədbiri muzeyin direktoru Fəridə Şəmsi açaraq Əli bəy Hüseynzadənin
150 illik yubileyi ilə bağlı ölkə Prezidentinin
2014-cü il 21 yanvar tarixli sərəncam imzaladığını diqqətə
çatdırdı, həyat
yolundan, çoxşaxəli
fəaliyyətindən danışdı.
Bildirdi ki, görkəmli fikir adamının bütün fəaliyyəti
türk xalqlarının
maariflənməsi və
istiqlalına həsr olunub.
Tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru Azər Turan Əli bəyin ideyalarından söz açdı, onu xalqımızın maariflənməsi,
istiqlalı yolunda böyük fədai adlandırdı. Qeyd olundu ki, Əli bəy Hüseynzadə böyük
mütəfəkkir kimi
türkçülük və
turançılığın əsasını qoyub.
O, xalqının milli
məfkurəsini yaratmış
demokrat idi.
Əli bəy Hüseynzadənin qardaşı
nəvəsi Cəmilə
Hüseynzadə onun xatirəsinə göstərilən
diqqət və qayğıya, 150 illik yubileyinin keçirilməsinə
görə təşəkkürünü
bildirdi. Sovet dövründə ailələrinin və yaxınlarının keçirdiyi
əzablı günləri
və sürgün həyatını ürək
ağrısı ilə
dilə gətirdi.
Bildirdi ki, Əli bəy
Hüseynzadə ömrünü
Azərbaycan xalqının
milli oyanış və özünüdərkinə,
istiqlal mücadiləsinə,
maarif və mədəniyyətinin yüksəlişinə
həsr edib.
Görkəmli ədib və mütəfəkkirin irsinin
ilk tədqiqatçısı Ofeliya Bayramlının oğlu, Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Etibar
Yolçuyev, Dövlət
Rəssamlıq Akademiyasının
dosenti, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev çıxış edərək
Əli bəy Hüseynzadənin həyat
və fəaliyyəti,
xidmətləri haqqında
danışdılar. Qeyd olundu
ki, Əli bəy Hüseynzadə bütün ömrü boyu öz məhsuldar
qələmi ilə ümumtürk mənəvi
dəyərlərini tədqiq
və təbliğ edib, bu yolda
parlaq istedadının
bütün gücü
ilə mübarizə
aparıb. Qəzet səhifələrində
öz əsərlərini
dərc etdirməklə
ictimai-mədəni mühitə
yeni ab-hava gətirib, doğma xalqının dünyagörüşünü
dövrün çağdaş,
qabaqcıl ideyaları
ilə zənginləşdirməyə
çalışıb.
Türkçülük ideologiyasının
formalaşmasında, müstəqil
dövlətçiliyimizin, üçrəngli bayrağımızın
nəzəri əsaslarının
işlənib hazırlanmasında
Əli bəy Hüseynzadənin böyük
fəaliyyəti var. O, zəngin
fəlsəfi-publisistik, ədəbi-elmi
irsi ilə Azərbaycan maarifçiliyi,
dövlətçiliyi tarixinə
qiymətli töhfələr
verən dahilərdən
biridir.
Əli bəy Hüseynzadə həm də rəssam kimi şöhrət qazanıb, boyakarlığın
müxtəlif janrlarında,
mənzərə, məişət
mövzularında əsərlər
və portretlər yaradıb. Onun “Bibiheybət məscidi”
tablosu, “Şeyxülislam”
portreti, “Azərbaycan ailəsi” və digər əsərləri
Azərbaycan rəssamlığı
tarixinə böyük
töhfədir.
Tədbirin sonunda Əli bəy Hüseynzadənin həyat yoluna həsr edilən videoçarx və şəxsi arxivlərdən
təqdim olunmuş
30-dan artıq fotoşəkil,
müxtəlif kitablar
və sənədlər
nümayiş olundu.
Fariz Hüseynov
Mədəniyyət.- 2014.- 26
fevral.- S. 7.