Ölkəmiz Yaponiyada festivalda təmsil olunub

 

Tokionun mərkəzində yerləşən Mequro Beynəlxalq Əməkdaşlıq Assosiasiyasının (MİFA) müxtəlif xalqların nümayəndələrinin iştirakı ilə təşkil etdiyi festivalda Azərbaycan da təmsil olunub.

Tədbirdə Mequro rayonu ərazisində yerləşən diplomatik heyət adından çıxış edən Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə bildirib ki, artıq 9-cu dəfə təşkil edilən bu festivalın müxtəlif xalqların adət-ənənələri mədəniyyəti ilə yaxından tanış olmaq üçün əlverişli şərait yaratdığını vurğulayıb.

Azərbaycan səfirliyinin ikinci dəfə festivala qatıldığını bildirən səfir, qədim zəngin mədəniyyətimiz haqqında danışıb, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş muğam sənəti, baharın gəlişini bildirən Novruz bayramı, ölkəmizin turizm imkanları barədə məlumat verib. Diplomat qədim İpək Yolunun tərkib hissələri olan Azərbaycan ilə Yaponiyanı dərin tarixi köklərin birləşdirdiyini diqqətə çatdırıb. İki ölkə arasında bu gün ümumi, qarşılıqlı maraqlara hörmətə əsaslanan dostluq münasibətlərinin qürur doğurduğunu qeyd edib.

Sonra tədbir iştirakçıları rayon ərazisində yerləşən Azərbaycan, Qırğızıstan, Özbəkistan, Polşa, Nepal, Sudan, Cibuti Keniya səfirlikləri tərəfindən hazırlanmış sərgi ilə tanış olmuşlar.

Azərbaycan səfirliyinin hazırladığı stenddə milli adət-ənənələrimizi əks etdirən eksponatlar, ölkəmiz haqqında yapon dilində nəşr edilmiş müxtəlif materiallar, “İRS-İsanjurnalının nömrələri, Bakı mənzərələrinin əks olunduğu rəsm əsərləri, milli mətbəximizin nümunələri tədbir iştirakçılarına təqdim edilib.

Milli mətbəximizin ləziz nümunələri, şərablarımız, şəkərbura və paxlava tədbirdə iştirak edən yaponlar, eləcə də digər xalqların nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2014.- 26 fevral.- S. 9.