Tariximizin unudulmayacaq səhifəsi
Qubadlı rayon Mədəniyyət və Turizm Şöbəsi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birgə Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı dəyirmi masa keçirib. Əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə MKS-nin direktoru Müşgünaz Muradova məruzə ilə çıxış edib, Xocalı faciəsinin bəşər tarixində ən qanlı cinayətlərdən biri olduğunu diqqətə çatdırıb. Məruzəçi tarixi həqiqətlərimizin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun fəaliyyətindən, Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasından söz açıb.
Mədəniyyət
İşçiləri Həmkarlar İttifaqının
Qubadlı rayon komitəsinin sədri
Əmrah Hüseynov, şairlər Qafqaz Əvəzoğlu, Nizami
Cabbaroğlu, keçmiş
döyüşçü Yaqub Vəliyev qan
yaddaşımızdan heç vaxt silinməyəcək faciə barədə
danışıblar. Mədəniyyət və
Turizm Şöbəsinin müdiri
İlham Əhmədov yekun
sözlə çıxış edərək Xocalı faciəsinin
gələcək nəsillərə
çatdırılmasında mədəniyyət
işçilərinin üzərinə mühüm
məsuliyyət düşdüyünü
vurğulayıb.
Mədəniyyət.- 2014.- 26
fevral.- S. 12.