“Əsrin faciəsi”
Fevralın 21-də Abşeron rayon Xırdalan şəhər 25-ci məhəllədə yerləşən Laçın rayon Aşağı Fərəcan kənd klubunda Xocalı soyqırımının ildönümü ilə bağlı anım tədbiri keçirildi. Tədbirdə Laçın rayon 2 nömrəli uşaq musiqi məktəbi, rayon Mədəniyyət evi, MKS, Laçın Dövlət Rəsm Qalereyası, rayonun 1, 11, 15 nömrəli və Çıraqlı kənd orta məktəblərinin şagird və müəllimləri iştirak edirdilər.
Pircahan, Alqulu kənd mədəniyyət evləri, Aşağı Fərəcan kənd klubu əməkdaşlarının, şagirdlərin hazırladığı səhnəciklərlə tədbir iştirakçılarına bir daha Xocalı faciəsinin acısını yaşatdılar.
Sonda Laçın rayon Mədəniyyət evinin direktoru Elman Əliyev, 2 nömrəli musiqi məktəbinin direktoru Gültəkin Hüseynova, 1 nömrəli məktəbin direktoru Pərvanə Bayramova, Çıraqlı kənd orta məktəbinin direktor müavini Afət İsmayılova və Laçın rayon MKS-nin direktoru Ofeliya Şükürova Xocalı faciəsi haqqında danışdılar.
Fevralın 22-də Bakı şəhər Nərimanov rayonu Faiq Yusifov 26 ünvanında yerləşən Laçın Dövlət Rəsm Qalereyasında da Xocalı soyqırımının 22-ci ildönümü münasibətilə anım mərasimi keçirildi.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra “Əsrin faciəsi” adlı film nümayiş etdirildi. Sonra tədbir iştirakçıları çıxışlar edərək filmin çox təsirli olduğunu qeyd etdilər və Xocalı faciəsinin qan yaddaşımıza əbədi həkk olunduğunu vurğuladılar.
Xaliq Dünyamalıyev,
Laçın
Dövlət Rəsm Qalereyasının direktoru
Mədəniyyət.- 2014.- 26
fevral.- S. 12.