İstanbulda Xocalı faciəsinin qurbanları anılıb

 

Fevralın 24-də İstanbulda «Zəhra Ana» dərnəyi tərəfindən Xocalı faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi təşkil edilib. Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) İstanbuldakı qərargahından verilən məlumata görə, tədbirdə Türkiyə cəfərilərinin lideri Səlahəddin Özgündüz, Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, Türkiyə millət vəkilləri Atila Kaya və Ali Özgündüz, Azərbaycan Milli Məclisinin deputatları Elman Məmmədov və Aqil Abbas, İKGF-nin aparat rəhbəri Elməddin Mehdiyev çıxış ediblər.

Tədbirdə çıxış edən baş konsul H.Zeynalov və millət vəkilləri Xocalı faciəsi haqda ətraflı məlumat veriblər və faciənin dünyada və xüsusilə Türkiyədə tanıdılmasının əhəmiyyətini vurğulayıblar.

Sonda Türkiyə cəfərilərinin lideri Səlahəddin Özgündüz çıxış edərək Türkiyə ictimaiyyətinin Azərbaycanın kədərini öz kədəri bildiyini, Azərbaycanı vətən olaraq gördüklərini qeyd edib. Halkalıda yaşayan Türkiyə azərbaycanlılarının hazırladıqları videoklipləri və məktəblilərin səhnə göstərilərini tədbir iştirakçıları göz yaşı içində seyr ediblər.

 

Fəxriyyə

 

Mədəniyyət.- 2014.- 26 fevral.- S. 13.