“XX yüzilin Ağdamı”
Yazıçı-publisist Vüqar Tofiqlinin “XX yüzilin Ağdamı” kitabı çapdan çıxıb. Kitabda Ağdam şəhərinin XX əsrdə keçdiyi inkişaf prosesi, mədəniyyəti, iqtisadiyyatı təhlil edilib, tanınmış insanları haqqında məlumat verilib.
Xatirələrlə zəngin kitabda vaxtilə Ağdam rayonunda nəşr olunan “Lenin yolu” qəzetinin arxiv materiallarından istifadə edilib. Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid nəşrə “ön söz” yazıb.
Bu, müəllifin Qarabağ mövzusunda üçüncü kitabıdır. Bundan əvvəl “Ağdam
Çörək Muzeyi: dünəni, bu günü və
sabahı” adlı tədqiqat, “Qarabağın ağ
damı” publisistik toplusu
nəşr olunub.
Mədəniyyət.- 2014.- 26
fevral.- S. 14.