Mədəniyyət və turizm naziri Fransada səfərdədir

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransa İncəsənət Akademiyasında dünya şöhrətli Azərbaycan rəssamı Tahir Salahovun 85 illik yubileyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi ilə əlaqədar Paris şəhərinə səfərə gedib. Sərgi 27 fevraldan 14 mart tarixinədək Fransa İncəsənət Akademiyasının Qrafinya Kaen, LeQuai de Conti zallarında keçiriləcək.

Xatırladırıq ki, Tahir Salahov 1986-cı ildə Fransa İncəsənət Akademiyasının müxbir üzvü seçilib və Azərbaycan rəssamlıq məktəbini layiqincə təmsil edərək milli təsviri sənətimizin təbliğinə böyük xidmətlər göstərib.

Səfər çərçivəsində Əbülfəs Qarayevin Fransanın mədəniyyət naziri Aurelie FilippettiUNESCO-nun baş direktoru İrina Bokova ilə görüşləri nəzərdə tutulub.

 

Mədəniyyət.- 2014.- 28 fevral.- S. 2.