“Xoca” filmi Afinada nümayiş
olunub
Azərbaycanın Yunanıstandakı səfirliyinin
təşkilatçılığı ilə Afinanın kinoteatrlarından birində
Vahid Mustafayevin “Xoca” bədii filmi nümayiş olunub.
Filmi izləyənlər
arasında Yunanıstan
parlamentinin deputatları,
Yunanıstan-Azərbaycan parlamentlərarası
dostluq qrupunun üzvləri, elmi ictimaiyyətin nümayəndələri,
jurnalistlər, Yunanıstan-Azərbaycan
Gənclər Mərkəzinin
fəalları, Afina sakinləri olub.
Ölkəmizin Yunanıstandakı səfiri Rəhman
Mustafayev filmin
nümayişindən əvvəl çıxış edərək
Xocalı soyqırımı haqqında danışıb: “Film soyqırımı qurbanlarının xatirəsinə
ehtiramın əlamətidir. Bu faciələri
xatırlamasaq, günahkarları məsuliyyətə cəlb
etməsək, belə hadisələr yenə təkrarlana bilər”.
Mədəniyyət.- 2014.- 28
fevral.- S. 2.