Azərbaycan Dillər Universitetində
“Çin operası”
Fevralın 27-də Azərbaycan Dillər Universitetində musiqi, dialoq, rəqs, akrobatika və döyüş hərəkətləri sənətinin
elementlərini özündə
birləşdirən musiqili
dram teatrının ənənəsinə
həsr olunmuş “Çin operası” adlı tədbir keçirilib.
Çin dili və mədəniyyəti
mərkəzinin direktoru,
dosent Rafiq Abbasov iki ölkə
arasında mədəni
əməkdaşlığın səmərəli inkişafından,
qarşılıqlı musiqi
tədbirlərindən söhbət
açıb.
Azərbaycan peşəkar vokal
sənətinin banisi,
Bülbülün həyat
yoldaşı Adelaida Məmmədova qadın rollarının məşhur
ifaçısı, Pekin
Operasının direktoru
Mey Lanfan ilə Bülbül arasındakı dostluq münasibətlərindən danışıb.
Azərbaycan və Çin
mədəniyyətinin yaxınlaşdırılması
üçün bu iki sənətkarın yaradıcılıq planları
ilə bağlı xatirələrini bölüşüb.
Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin direktoru Alla Bayramova iki ölkənin
musiqi sahəsində əməkdaşlığı, muzeydə qorunub saxlanılan Çin xalq milli alətləri
barədə məlumat
verib.
ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələri Çin operasının müxtəlif regional formaları və janrları haqqında məruzələrlə çıxış ediblər. Çin ənənəvi opera filmlərindən məşhur səhnələr nümayiş etdirilib.
Qonaqlara ADU-nun
rektoru, Milli Məclisin
deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Çin
dili və mədəniyyəti mərkəzi
tərəfindən hazırlanmış “İlham
Əliyev - qədim xalqlar dostluğunun
müasir davamçısı” kitabı hədiyyə
olunub. Tədbirdə Çin
Xalq Respublikasının Azərbaycandakı
səfirliyinin müşaviri Li Yunxuey iştirak
edib.
Mədəniyyət.- 2014.- 28
fevral.- S. 2.