İsgəndəriyyə
Kitabxanası Nizami irsi haqqında kataloq hazırlayır
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının (Misir) direktoru, Dünya Elektron Kitabxanasının icraçı direktoru İsmayıl Seragəldinin rəhbərliyi ilə Şərq mədəniyyətinin dahisi Nizami Gəncəvinin irsindən ibarət kataloq hazırlanır.
İsgəndəriyyə Kitabxanası tərəfindən hazırlanan kataloqa Nizami irsini araşdıran dünya tədqiqatçılarının əsərləri, “Xəmsə”nin əlyazmalarının dünya arxivlərində mövcud olan nüsxələrinin qeydiyyatı, şairin irsinə həsr olunmuş kitablar, araşdırmalar, məqalələr daxildir. Layihənin I mərhələsində Harvard, Kembric, Oksford, Konqres Kitabxanası, Fransa Milli Kitabxanası və İsgəndəriyyə Kitabxanasındakı arxivlərin kataloqlaşdırılması nəzərdə tutulub.
Bu günlərdə Nizami Gəncəvi Beynəlxalq
Mərkəzi idarə heyətinin Afinada (Yunanıstan)
keçirilən V toplantısında layihənin təqdimatı
olub. Təqdimatda iştirak edən Latviya, Bolqarıstan və
Rumıniyanın sabiq prezidentləri Vaira Vike-Freiberqa, Petar
Stoyanov, Emil Konstantinesku, UNESCO-nun xoşməramlı səfiri
Marianna Vardinoyannis və digərləri layihəni Nizami Gəncəvi
irsinin araşdırılması istiqamətində atılan
önəmli addım kimi qiymətləndiriblər.
Mədəniyyət.- 2014.- 28
fevral.- S. 3.