Faciə
qurbanları Norveçdə anılıb
Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslodakı “Azərbaycan Evi” «Xocalıya ədalət» kampaniyası çərçivəsində bır sıra tədbirlər təşkil edib.
Oslo şəhərinin Saqene meriyasında Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş seminarda fotoşəkillərdən ibarət sərgi və Qarabağ müharibəsindən bəhs edən «Dolu» bədii filmi nümayiş olunub.
Seminarda “Azərbaycan Evi”nin sədri Ramil Əliyev çıxış edərək Xocalı soyqırımının ermənilərin insanlıq əleyhinə törətdiyi ən dəhşətli bəşəri cinayət olduğunu qeyd edib.
Bildirib ki,
rəhbərlik etdiyi diaspor
təşkilatı bu faciə ilə
bağlı tarixi həqiqətləri Norveç ictimaiyyətinə
çatdırmağa çalışır.
Mədəniyyət.- 2014.- 28
fevral.- S. 5.