Gənc
Tamaşaçılar Teatrında anım tədbiri
Dövlət Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbiri teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov açaraq XX əsrdə Azərbaycan xalqının üzləşdiyi ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımı haqqında danışıb. Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov Xocalı faciəsini xalqımızın başına gətirilən ən qəddar soyqırımı aktı adlandıraraq, torpaqlarımız uğrunda tökülən qanların yerdə qalmayacağına əminliyini vurğulayıb.
Anım mərasimində teatrın
yaradıcı heyəti ilə yanaşı, Azərbaycan
İctimai-Siyasi Universitetinin tələbə və müəllim
kollektivi də iştirak edib. Tədbirdə Xocalı faciəsinə
həsr olunmuş sənədli film nümayiş etdirilib. Qeyd
olunub ki, tariximizə qanlı hərflərlə
yazılmış 20 Yanvar, 26 Fevral, 31 Mart və digər
günlər yalnız həmin tarix ərəfəsində
deyil, bütün ilboyu yad olunmalıdır.
Mədəniyyət.- 2014.- 28
fevral.- S. 5.