Gənc balerina “Rəqs olimpi”ndə uğur qazanıb

 

Akademik OperaBalet Teatrı balet truppasının gənc və istedadlı solisti, Prezident mükafatçısı Ayan Eyvazova 17-21 fevral tarixində Almaniyanın Berlin şəhərində keçirilən “Tanzolymp” (“Rəqs olimpi”) beynəlxalq müsabiqəsinin laureatı olub.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, müsabiqədə Berlin ABŞ, Yaponiya, Rusiya, Belarus, İtaliya, İspaniyas. ölkələrin nümayəndələri iştirak edib. Azərbaycan təmsilçisi klassik rəqs nominasiyası üzrə bürünc medal qazanıb.

Ayan Eyvazovanın 19 yaşı var. 2012-ci ildə Bakı Xoreoqrafiya Məktəbini əla qiymətlərlə başa vurub, Mədəniyyət və Turizm Nazirliyinin göndərişi ilə 2012-2013-cü tədris ilində Moskva Dövlət Xoreoqrafiya Akademiyasında staj artırma kurslarında təhsil alıb. 2013-cü ilin sentyabrından Opera Balet Teatrının balet truppasında çalışır.

 

Mədəniyyət.- 2014.- 28 fevral.- S. 5.