Əsrin faciəsi

 

Qusar rayonun mədəniyyət müəssisələrində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib. Mərkəzi kitabxanada “Xocalı - əsrin faciəsi” adlı kitab sərgisi təşkil edilib, məktəblilərin iştirakı ilə ədəbi-bədii kompozisiya səsləndirilib. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Zahir Mustafayev Xocalı soyqırımı haqqında danışıb. Tədbirdə faciə qurbanlarından bəhs edən kadrlar nümayiş etdirilib.

Rəsm Qalereyasında “Xocalı soyqırımı uşaqların gözü ilə” adlı sərgi təşkil edilib. Sərgidə 50-dən artıq əl işi nümayiş olunub. Məktəblilər rəsmlərdə erməni qəsbkarlarının vəhşiliyini, günahsız insanlara qarşı amansızlıqlarını təsvir ediblər.

 

Mədəniyyət.- 2014.- 28 fevral.- S. 13.