Bakı Musiqi
Akademiyasının professoru Belqradda festivalda iştirak edib
Serbiyanın
paytaxtı Belqradda orqan musiqisi üzrə 14-cü beynəlxalq
festival keçirilib. Belqradda fəaliyyət göstərən
Azərbaycan Mədəniyyət Mərkəzinin və ölkəmizin
Serbiyadakı səfirliyinin təşkilatçılığı
ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının professoru Rasimə Babayeva festivalda
iştirak edib. Musiqiçi səfər çərçivəsində
Belqrad Universiteti İncəsənət Akademiyasının tələbələrinə
ustad dərsləri keçib, Müqəddəs Məryəm
kafedral kilsəsində konsert verib. Konsertdə dünya bəstəkarları
ilə yanaşı, Belqradda ilk dəfə olaraq görkəmli
Azərbaycan bəstəkarları Qara Qarayev, Vasif
Adıgözəlov, Nazim Əliverdibəyov, Vaqif Mustafazadə
və Xəyyam Mirzəzadənin əsərləri səslənib.
R.Babayevanın ifası böyük rəğbətlə
qarşılanıb. Tədbir yerli mediada
işıqlandırılıb.
Musiqiçi Belqradda Azərbaycan dövləti
tərəfindən əsaslı təmir və bərpa
olunmuş “Taşmaydan” parkında ümummilli lider Heydər Əliyevin
və görkəmli serb yazıçısı Milorad
Paviçin abidələrini ziyarət edib.
Mədəniyyət.- 2014.- 2 iyul.-
S. 4.