Qazaxıstanda beynəlxalq hotel forumu keçirilib

 

İyunun 24-25-də Qazaxıstanın Almatı şəhərində şəhər Turizm Departamentinin himayəsi, Qazaxıstan Hotellər Restoranlar Assosiasiyasının dəstəyi ilə beynəlxalq hotel forumu keçirilib. Forumda ölkəmizi DAİR Hotellər Restoranlar Assosiasiyası idarə heyətinin sədri Samir Dübəndi təmsil edib.

 

Səfər barədə danışan həmsöhbətim bildirdi ki, tədbirdə beynəlxalq hotelçilik bazarının inkişaf tendensiyaları, brendinqin qüvvəsi, idarəetmədə innovasiyalar, hotelçilik bazarının inkişafını stimullaşdıran mexanizmlər müzakirə edilib. Onun sözlərinə görə, ilk dəfə keçirilən foruma Fransa, BƏƏ, Türkiyə, Rusiya, Ukrayna Azərbaycandan ekspertlər qatılıb.

Plenar sessiyalar, açıq müzakirələr master klasslarla yanaşı, forum iştirakçıları «2013-cü ilin ən yaxşı hoteli» milli müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində iştirak ediblər. Forum çərçivəsində həmçinin Qazaxıstanın «Kok Zhailau» dağ-xizək kurortunun təqdimatı keçirilib, «Amadeus» «Abacus» elektron satış sistemləri vasitəsilə satış üsulları müzakirə olunub.

Forumun «Hotelçilik biznesinin inkişafında yeni tendensiyalar» adlı sessiyasında çıxış edən Samir Dübəndi Qazaxıstan Azərbaycan arasında turistlərin hotelçilik sahəsində çalışan mütəxəssislərin mübadiləsi məsələsinə iki ölkənin hotelçilik bazarlarının bir sıra problemlərinə toxunub. Eyni zamanda təklif edib ki, beynəlxalq forumun növbəti iclası Azərbaycanda keçirilsin.

DAİR Hotellər Restoranlar Assosiasiyasının rəhbəri səfər zamanı Türkiyə, Macarıstan, Rusiya, Qırğızıstan Qazaxıstandan olan həmkarları, «EXPO-2017» beynəlxalq sərgisinin təşkilat idarəsinin rəhbəri Akmaral İsembayeva ilə işgüzar görüşlər keçirib. Müsahibim bildirdi ki, belə tədbirlərdə iştirak Azərbaycanın digər ölkələrlə turizm əlaqələrinin daha da genişlənməsinə ölkə turizminin təbliğinə xidmət edir.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 2 iyul.- S. 6.