Azərbaycan filmi Karlovı
Varı festivalında
“Azərbaycanfilm” kinostudiyasının istehsalı
olan “Axınla aşağı” bədii
filmi 5-12 iyul tarixində Karlovı Varı beynəlxalq festivalında iştirak edəcək.
Rejissor Asif Rüstəmovun filmi nüfuzlu festivalın
“East of the West” müsabiqəsində
digər 11 ekran əsəri ilə yarışacaq. “Axınla
aşağı” bədii
filminin nümayişi
iyulun 10-da keçiriləcək.
Psixoloji
ailə dramı janrında çəkilən
“Axınla aşağı”
filminin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxiya, quruluşçu operatoru Ayxan Salar, bəstəkarı
Xəyyam Mirzəzadə,
icraçı prodüser
Nadir Əliyev, baş
prodüseri Müşfiq
Hətəmovdur. Baş rolları
Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andjevska və Teymur Məmmədov ifa edirlər.
1956-cı ildən keçirilən
Karlovı Varı festivalı dünya kinosunda “A” kateqoriyalı
12 festivaldan biridir. Məşhur
kino ulduzlarının
qatıldığı festivalın
builki qonaqları arasında Fanni Ardan, Laura Dern, Asia Arcento və başqa tanınmış
simalar var. Məşhur
amerikalı aktyor, rejissor Mel Gibson festivalın
“İncəsənətə verdiyi töhfəyə görə” mükafatına
layiq görüləcək.
Festivalın əsas mükafatı
olan “Büllur kürə” ən yaxşı bədii filmə verilir.
Qeyd edək ki,
bu il “Azərbaycanfilm”in
istehsalı olan ikinci film dünyanın nüfuzlu
kino festivalında iştirak
edir. Mart ayında
“Sonuncu” qısametrajlı filmi Kann
kinofestivalının əsas proqramında yer
almışdı.
Mədəniyyət.- 2014.- 2 iyul.-
S. 7.