İordaniya mətbuatı incəsənət
ustalarımızın uğurlu
çıxışından yazıb
Xəbər
verdiyimiz kimi, İordaniyada keçirilən “Jaraş”
mədəniyyət və incəsənət festivalında Azərbaycanın
Xalq artisti, xanəndə
Mələklxanım Əyyubova, Xalq artisti, tarzən Möhlət Müslümov
və kamança ifaçısı Elnur Salahov iştirak
ediblər.
İncəsənət ustalarımızın çıxışları rəğbətlə qarşılanıb. Bu barədə İordaniya mətbuatında məlumatlar dərc olunub.
“Orobanews” saytında yer alan məqalədə müəllif Azərbaycan musiqisinin iordaniyalılar tərəfindən çox böyük məmnunluqla qarşılandığını diqqətə çatdırır. Qeyd olunur ki, festival günlərində eyni vaxtda üç yerdə müxtəlif ölkələrin təmsilçilərinin çıxışlarının olmasına baxmayaraq, Azərbaycan “muğam triosu”nun çıxışını daha çox tamaşaçı izləyib.
İordaniyada mədəniyyət
xəbərləri nəşri olan “Jordanian Events Guide” veb-saytında da muğam üçlüyümüz
haqqında məlumatı əks etdirən afişa
yerləşdirilib.
Mədəniyyət.- 2014.- 2 iyul.-
S. 8.