Əsrlərin zinət yadigarı
Arxeoloji tədqiqatlar nəticəsində
aşkar olunan qiymətli
əşyaların təqdimatı
İyunun 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun muzey sərgi zalında son illərdə aparılmış arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş qiymətli tapıntıların təqdimatı keçirilib.
Təqdimatda AMEA-nın prezidenti akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidentləri akademik İsa Həbibbəyli, akademik İbrahim Quliyev, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, nazir müavini Sevda Məmmədəliyeva, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Fransa Milli Araşdırmalar Mərkəzinin arxeologiya üzrə baş mütəxəssisi professor Bertil Lyonet, alim və mütəxəssislər iştirak ediblər.
Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Mayisə Rəhimova qonaqlara elm müəssisəsinin nəzdindəki muzeyin tarixi barədə ətraflı məlumat verib. Elmi nailiyyətləri əyani göstərən qiymətli artefaktlar təqdim edilib.
Qonaqlar təqdimat əsasında
öz təəssüratlarını
bölüşərək institutun son dövrlərdə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndiriblər.
Azərbaycan arxeologiyasının nümunələrinin respublika və dünya elmi üçün
yüksək dəyəri olduğu
vurğulanıb.
Mədəniyyət.- 2014.- 2 iyul.-
S. 8.