Musiqidə əbədi iz

 

Tofiq Əhmədov - 90

 

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə qeyd olunan yubileylər

 

Unudulmaz ifaçı, dirijor, musiqi təşkilatçısı, Xalq artisti Tofiq Əhmədovun yaradıcılıq yolu musiqi sənətimizdə yeni bir mərhələ kimi dəyərləndirilir. Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələrə görə Prezident İlham Əliyev 17 fevral 2014-cü il tarixdə sənətkarın 90 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalamışdır. Sərəncamda Tofiq Əhmədovun uzun illər ərzində estrada orkestrinin bədii rəhbəri və baş dirijoru kimi səmərəli fəaliyyət göstərməsi, ölkənin müasir musiqi xəzinəsinə layiqli töhfələr verməsi qeyd olunur.

 

Estrada musiqisinin inkişafı və təbliği işində özünəməxsus xidmətləri olan Tofiq Qəzənfər oğlu Əhmədov 1924-cü ildə Bakıda anadan olmuşdur. Sənət yoluna Moskvada caz klublarında başlayan gənc musiqiçi qısa zamanda dinləyicilərin rəğbətini qazanmışdır.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Səadət Təhmirazqızı bu barədə məqaləsində qeyd edir ki, Tofiq Əhmədov 1941-ci ildə unudulmaz bəstəkar Tofiq Quliyevin təşəbbüsü ilə əsası qoyulan estrada simfonik orkestrində saksafonklarnet alətlərinin ifaçısı kimi zəngin yaradıcılıq yoluna qədəm qoyub. 1942-ci ildə T.Əhmədov Xəzər donanmasının estrada ansamblına dəvət edilir və 1945-ci ilədək həmin kollektivdə çalışır. Həmçinin Azərbaycan Dövlət Konservatoriyasının nəfəsli alətlər şöbəsinin klarnet sinfinə daxil olur və 1952-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurur.

1953-cü ildən Moskvaya Eddi Roznerin rəhbərlik etdiyi estrada orkestrinə dəvət edilir. Dörd il Moskvada çalışan musiqiçi Bakıya qayıdaraq buradaBiz Bakıdanıq” adlı estrada ansamblını yaradır. 1961-ci ilə qədər bu ansambla rəhbərlik edir. Bu səmərəli fəaliyyətlə də T.Əhmədovun adı Azərbaycan estradasının yaradıcılarından biri kimi tarixə düşür. O öz ansamblı ilə müxtəlif respublikalara uğurlu qastrol səfərləri edir, musiqisevərlərin rəğbətini qazanır. 1962-ci ildə Finlandiyanın Helsinki şəhərində beynəlxalq musiqi festivalına qatılan sənətkar böyük uğurlara imza atmağa başlayır. 1968-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən beynəlxalq estrada musiqisi müsabiqəsinin “Qızıl Orfey” mükafatına layiq görülür.

Sənətkarın həyat yoldaşı İmamətxanım Əhmədova öz xatirələrində qeyd edir ki, Tofiq Əhmədov Sofiyadakı festivalda böyük müğənni Müslüm Maqomayevlə birgə səhnəyə çıxıb, daha sonra bir çox ölkələrdə uğurla çıxışı edib. Ömür-gün yoldaşı müxtəlif müsabiqələrdə qazandığı 20-dən artıq mükafatı ən dəyərli xatirə kimi qoruyub saxlayır.

Sənətkarın yaradıcılığının böyük bir hissəsi Azərbaycan Televiziyası və Radiosu ilə bağlıdır. 1961-ci ildən burada estrada orkestrini yaradır ona rəhbərlik edir. Orkestr “Biz Bakıdanıqansamblının solistlərindən təşkil olunmuşdu. 1970-ci illərdən başlayaraq orkestr çoxtərkibli kollektivə çevrilir. Bədii rəhbər baş dirijor ömrünün sonunadək öz yaradıcılıq bacarığını bu kollektivə həsr edir.

Bu gün teleradionun qızıl fondunda orkestrin müşayiətilə Şövkət Ələkbərova, Gülağa Məmmədov, Lütfiyar İmanov Rauf Atakişiyev kimi korifey sənətkarların ifaları saxlanılır. Həmçinin Natəvan Şeyxova (Seyidzadə), İlhamə Quliyeva, Yalçın Rzazadə, Mübariz Tağıyev başqa ifaçılar bu orkestrlə birlikdə çalışıblar.

Bu cür əlaqələrin yaranmasının birinci səbəbi Tofiq Əhmədovun işinə olan məsuliyyəti idi. Mənbələrdə qeyd olunur ki, o, ifaçı repertuar məsələsinə xüsusi diqqətlə yanaşırdı. Sənətkarın fikrincə, kollektivin səmərəli fəaliyyət göstərməsi, sevilməsi üçün repertuar vacib məsələdir. Böyük bəstəkarlar Qara Qarayev, Fikrət Əmirov, Rauf Hacıyev orkestr üçün estrada janrında əsərlər yazırdılar. Tofiq Əhmədovla ən sıx əməkdaşlıq edən, yaradıcılıq ünsiyyəti olan adaşı - görkəmli bəstəkar Tofiq Quliyev olmuşdur. Onun əksər mahnılarını da müğənnilər məhz bu orkestrlə ifa ediblər.

Tofiq Əhmədov görkəmli musiqiçilərlə yanaşı, tanınmış şairlərlə yaradıcılıq ünsiyyəti qurur, dəyərli poetik nümunələrə mahnılar bəstələyirdi. Bu sırada tanınmış şairlərdən Fikrət Qoca, Famil Mehdi, Rəfiq Zəka Xəndan, Tofiq Mütəllibov, Nüsrət Kəsəmənli başqalarını göstərmək olar. OnunGüldür məni”, “Dağlar qızı s. mahnıları dinləyicilərin könlünü oxşayaraq yaddaşlarında kök salmışdır.

Görkəmli musiqiçinin yaradıcılığında cazın da xüsusi yeri var idi. Uzun müddət estrada musiqisi adlanan caz musiqisi ötən əsrin 50-ci illərində Moskvanın coşqun teatrkonsert həyatında mühüm yer tuturdu. Tofiq Əhmədov da axşamlar klub orkestrində caz musiqiləri ifa edirdi. Onun alt-saksafonda parlaq ifası dinləyicilərin diqqətini çəkirdi. Ancaq sovetlər ölkəsinin hakimiyyət nümayəndələri caz musiqisini bəyənmir, onu burjua musiqisi kimi qələmə verirdi. Buna görə də sənətkar caz əsərlərini yaradarkən milli musiqi ladlarından da istifadə edirdi. Xalq mahnılarını caz üslubunda aranjiman edərək, onların üzərində işləyib orkestr üçün fantaziyalar yaradır, eyni zamanda orijinal instrumental əsərlər yazırdı.

Televiziyaradionun estrada orkestrinin tarixi caz musiqisinin inkişafı ilə sıx bağlıdır. Bütün bunlar milli caz musiqisinin inkişafına və dünya miqyasında tanınmasına əvəzsiz töhfələr vermiş Tofiq Əhmədovun gərgin əməyi sayəsində mümkün olmuşdur. 1977-ci ildə Xalq artisti adına layiq görülən sənətkar Azərbaycan musiqi mədəniyyətində yeni bir yolun başlanğıcını qoydu. 57 illik ömrünün sənətdə keçən hissəsini bütün varlığı ilə Azərbaycan musiqisinə xidmətə həsr etdi.

Hazırda Azərbaycan TeleviziyaRadiosunun estrada simfonik orkestri sənətkarın adını daşıyır. Beləliklə, sənətkar bütün dahi insanlara xas olan ikinci ömrünü bu orkestrdə yaşayır. Öz ömrünü sənət ömrünə qatan Tofiq Əhmədov isə hər zaman işıqlı düşüncələrlə xatırlanır.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 2 iyul.- S. 10.