Beynəlxalq simpoziumda azərbaycanlı alimin məruzəsi maraqla qarşılanıb

 

İyunun 25-dən 27-dək Türkiyənin Sakarya şəhərində III beynəlxalq tarix təhsili simpoziumu keçirilib. AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərov simpoziumdaYeni türk tarixinin fəlsəfi əsasları” mövzusunda məruzə edib. O, məruzəsində yeni türk tarixinin fəlsəfi əsaslarının formalaşmasında alimlərin rolundan bəhs edib. Bildirib ki, türk tarixi yenidən qiymətləndirilməli, türk mədəniyyəti və türk sivilizasiyası Qərb və Şərq mədəniyyətinə və sivilizasiyasına alternativ olaraq irəli sürülməli, türk dövlətlərinin tarixi, türk tarixi fəlsəfəsinin tədrisi zəruri olmalıdır.

Beynəlxalq tədbirdə Türkiyə və xarici ölkələrin 40-dan çox elm və təhsil ocağından alimlər iştirak ediblər.

 

Mədəniyyət.- 2014.- 2 iyul.- S. 11.