Əsrləri birləşdirən körpü
Strasburqda Nizami Gəncəvi
yaradıcılığına həsr olunmuş
sərgi
Açılışda çıxış edən Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri Emin Eyyubov sərginin Şərq intibahının dahi şəxsiyyətlərindən olan Azərbaycan şairinin həyat və yaradıcılığına həsr olunduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, Nizami Gəncəvinin 870 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı sərəncama əsasən böyük söz ustadı ilə bağlı xarici ölkələrdə, o cümlədən Fransanın bir çox şəhərlərində sərgi və tədbirlər təşkil edilib. Diplomat şairin əsərlərində əksini tapan Azərbaycan xalqına məxsus keyfiyyətlərin, gender bərabərliyi, qardaşlıq, tolerantlıq kimi qiymətli universal ideyaların bu gün də aktual olduğunu vurğulayıb, sərginin eyni zamanda Azərbaycana virtual səfər etməyə imkan yaratdığını deyib.
Sərginin Avropa Şurasının iqamətgahında təşkil edilməsinin ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını vurğulayan səfir təşkilatın mədəni müxtəlifliyin genişlənməsi, mədəni irsin inkişafı və qorunması sahəsində mühüm rol oynadığını, bu məsələlərin Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə mühüm prioritetlər olduğunu qeyd edib.
Avropa Şurasının demokratiya üzrə baş
direktoru Snejana Markoviç çıxışında Heydər
Əliyev Fondunun Azərbaycanın zəngin
mədəni dəyərlərini tanıtmaq istiqamətində
həyata keçirdiyi layihələrin təqdirəlayiq
olduğunu vurğulayıb. Bu tədbirlərin mədəniyyətlər
arasında dialoqa töhfə verdiyini bildirib. O, Nizami Gəncəvinin əsərlərində
səsləndirdiyi fikirlərin dünyəvilik
baxımından bu gün
də universal fəlsəfi problemlərə
cavab verdiyini deyib. Baş direktor Nizami Gəncəvinin
əlyazmalarının dünyanın bir çox tanınmış muzey
və kitabxanalarında, o cümlədən
Fransa və Strasburq milli kitabxanalarında qorunub
saxlandığını diqqətə çatdırıb. O, Nizami Gəncəvinin Heydər
Əliyev Fondu tərəfindən
fransız və ingilis dillərinə tərcümə
olunaraq nəşr edilən əsərlərinin,
sərgidə nümayiş etdirilən əlyazmalarının
surətlərinin və miniatürlərin, Nizami
yurdu Gəncənin fotoşəkillərinin
sərgi iştirakçılarında xoş
təəssürat doğuracağına əminliyini
vurğulayıb.
Mədəniyyət.- 2014.- 2 iyul.-
S. 16.