Avropa Şurasının dəstəyi
ilə Bakıda beynəlxalq konfrans
İyulun 4-də “Four Seasons” hotelində Azərbaycan Respublikasının Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində "Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma - Bakı konfransı" keçiriləcək. Konfrans Avropa Şurasının II Baş Direktorluğunun Mədəniyyət və demokratiya bölməsinin dəstəyi ilə təşkil olunacaq.
Tədbirə Avropa Mədəniyyət Konvensiyasına qoşulmuş dövlətlərin hökumət rəsmiləri, mədəniyyət institutları və peşəkar birliklərin nümayəndələri, tədqiqatçılar və vətəndaş cəmiyyəti təmsilçiləri - 100-dək iştirakçı qatılacaq. Konfransda Avropa Şurasının demokratik idarəçilik və mədəni müxtəliflik üzrə direktoru Klaudia Luçianinin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcək.
Tədbir iştirakçıları üçün mədəni proqram
da hazırlanıb. İyulun
5-də qonaqların Bakıda və onun ətrafında
yerləşən mədəni abidələrə ziyarəti
və axşam konserti
təşkil olunacaq.
Mədəniyyət.- 2014.- 4 iyul.-
S. 2.