“Gəzən kitabxana“ yenə bölgələrdədir

 

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə həyata keçirilən “Gəzən kitabxana” layihəsinin iştirakçıları ölkəmizin şimal bölgəsinə gəliblər.

Qusarda fəaliyyətə başlamış səyyar kitabxana bir həftə ərzində rayon sakinlərinə xidmət göstərəcək. Artıq 100-dən çox oxucu səyyar kitabxananın xidmətindən yararlanıb.

Səyyar kitabxanada Azərbaycan, rus, ingilistürk dillərində 5 min ədəd çap və 10 min elektron kitab mövcuddur. Kitabxanadan orta məktəb dərsliklərini də əldə etmək və yaxud onların surətini çıxarmaq mümkündür.

Aksiya indiyədək ölkəmizin 21 şəhər və rayonunda həyata keçirilib. “Gəzən kitabxana”nın Qusardan sonra xaçmazlı oxuculara xidmət göstərməsi nəzərdə tutulub.

 

Mədəniyyət.- 2014.- 4 iyul.- S. 3.