Azərbaycanlı vokalçı dünya səhnələrində

 

Azərbaycanın Əməkdar artisti, Moskvadakı Böyük Teatrın solisti, soprano Dinara Əliyeva iyulun 3-də Praqada keçirilən beynəlxalq festivalda iştirak edib. Həmvətənimiz “Prague Proms” festivalında italyan bəstəkarı Cüzeppe VerdininTraviata” operasının konsert versiyasında çıxış edib.

İyulun 10-dan 16-dək isə azərbaycanlı opera müğənnisi Böyük Teatrın kollektivi ilə ABŞ-da qastrol səfərində olacaq. Dinara Əliyeva Nikolay Rimski-KorsakovunÇar gəlini” operasında Marfa surətinin konsert versiyasını ifa edəcək.

 

 

Mədəniyyət.- 2014.- 4 iyul.- S. 3.