Milli musiqi alətləri
xalqımızın mədəni irsidir
“Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Saz və balabanı Azərbaycan xalqının milli musiqi aləti kimi erməni mənimsəməsindən qoruyaq” adlı layihə həyata keçirib. İctimai birliyin sədr müavini Həbib Misirov bildirib ki, layihə çərçivəsində Bakı, Gəncə, Göygöl və Şamaxıda saz və balabanın Azərbaycan xalqına məxsus musiqi alətləri olmasını əsaslandıran elmi müzakirələr təşkil edilib. Gənclərin bu sənət növləri barədə geniş məlumat əldə etmələri üçün ustad dərsləri təşkil olunub, saz və balaban hazırlayan ustaların iştirakı ilə təlimlər keçirilib.
Həmçinin bir
neçə dildə ermənilərin bu musiqi alətləri barədəki
iddialarını ifşa edən materiallar hazırlanaraq internet
resurslarında yerləşdirilib. Layihə çərçivəsində
sənətşünaslıq elmləri üzrə fəlsəfə
doktoru İlqar İmamverdiyevin və fəlsəfə elmləri
doktoru, professor Babək
Qurbanovun monoqrafiyaları çap
olunub.
Mədəniyyət.- 2014.- 4 iyul.-
S. 3.