Ankarada Azərbaycanın işğal altındakı mədəni irsindən söz açılıb

 

Ankaradakı Türkiyə Orta Şərq İdarəçilik İnstitutunda “Azərbaycanın işğal altında saxlanılan torpaqları” mövzusunda elmi konfrans keçirilib. Tədbir QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı və “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılovun təşkilatçılığı ilə gerçəkləşib.

Konfransda məruzə ilə çıxış edən F.İsmayılov işğal altındakı ərazilərdə Azərbaycanın milli-mədəni dəyərlərinə qarşı vandalizmin beynəlxalq hüquqa zidd olduğunu diqqətə çatdırıb.

İnstitutun direktoru Onur Ender, professorlar Türksel Kaya, Argun Akdoğan, Seriye Sezen, Eyyüp Günay İsbir və başqaları məruzə ətrafında çıxış ediblər. Çıxışlarda Azərbaycanın işğal altında saxlanılan ərazilərindəki tarixi və mədəniyyət abidələrinin Ermənistan tərəfindən məhv edilməsinə dair həqiqətlərin dünya birliyinə çatdırılması üçün Avropa ölkələrində konfransların və fotosərgilərin təşkilinin vacibliyi vurğulanıb.

 

Mədəniyyət.- 2014.- 4 iyul.- S. 5.