Dünya ədəbi fikrinin
böyük dühası
Dahi ingilis dramaturqunun 450 illiyinə həsr olunmuş müsabiqə başa
çatdı
Xəbər verdiyimiz kimi, 2014-cü ildə
bütün dünyada
dahi ingilis dramaturqu Uilyam Şekspirin 450 illik yubileyi qeyd olunur.
Əsrlər keçməsinə baxmayaraq,
Şekspir bu gün də Britaniyanın ən mühüm mədəniyyət elçisi hesab edilir. Britaniya
Şurasının (“British Council”) Azərbaycan nümayəndəliyi bu hadisə münasibətilə ölkəmizdə
“Şekspir ili” elan edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və “British Council”in birgə təşkilatçılığı ilə müəllim və şagirdlər arasında dahi ədibin yubileyinə həsr edilmiş müsabiqə keçirilib. Müsabiqənin məqsədi Uilyam Şekspirin irsini Azərbaycanda paylaşmaq, insanları onun əsərlərindəki müxtəlif mövzuları araşdırmağa həvəsləndirməkdir.
İyulun 2-də “Four Seasons” hotelində
müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi
keçirildi. “British Council”in layihə
rəhbəri Gülşən
Hüseynova müsabiqə
haqqında geniş məlumat verdi.
Bildirdi ki, aprel-may aylarını əhatə edən layihə çərçivəsində
bir sıra tədbirlər həyata keçirilib. Bu tədbirlərdə
BŞTİ-yə daxil
olan məktəblər
fəal iştirak edib.
Bakı Şəhəri üzrə
Təhsil İdarəsi
rəisinin müavini Hüseyn Əsgərov ölkəmizdə təhsil
sisteminə göstərilən
diqqət və qayğıdan danışdı. Qeyd olundu
ki, son illər təhsil sistemində islahatlar aparılaraq bir çox nailiyyətlər əldə
olunub. Böyük ingilis şairi
və dramaturqunun yaradıcılığını yüksək qiymətləndirən
H.Əsgərov bildirdi
ki, Nizami Gəncəvi Azərbaycan
üçün necə
böyük dühadırsa,
Şekspir də Böyük Britaniya üçün elə bir şəxsiyyətdir.
Hər iki dahi dünya
ədəbi fikrinə
bənzərsiz töhfələr
verib.
Daha sonra qaliblərə mükafatlar
təqdim olundu. Məlumat verildi
ki, layihə çərçivəsində müəllimlər və
şagirdlər üçün
iki müsabiqə keçirilib. 38 müəllim “Uilyam
Şekspir-450” mövzusunda onlayn
resurslardan istifadə edərək dərs planı hazırlayıb və həmin dərsi tədris edib. Məktəblilər isə müəllimlərlə
birgə Şekspirin əsərlərindən monoloq
və səhnələr
hazırlayaraq video müsabiqədə
iştirak ediblər.
Müsabiqəyə 28 məktəbdən 54 videoçarx təqdim olunub.
Onlayn resurslardan istifadə edərək ən yaxşı dərs planın hazırlanması
üzrə müsabiqədə
189 saylı orta məktəbin müəllimi
Xanım Qasımova,
59 saylı orta məktəbin müəllimi
Xəyalə Əsədova,
244 saylı orta məktəbin müəllimi
Bahar Kərimova, 304 saylı orta məktəbin müəllimi
Ülkər Əliyeva
qalib oldular.
Uilyam Şekspirin əsərlərində
ibarət monoloq və səhnələr hazırlaması üzrə
video müsabiqədə isə
244 saylı orta məktəbin ingilis dili müəllimi Bahar Kərimova və şagirdləri Əziz Manaflı, Sevinc Paşazadə, Aytac Hüseynova (1-ci yer), Heydər Əliyev adına liseyin müəllimləri
Natəvan Bədəlova,
Arifə Mustafayeva və şagirdləri Kamran İsmayılov, Nail Qasımzadə, Sevinc Cəfərova (2-ci yer),
189 sayılı orta məktəbin müəllimləri
Yeganə Teymurova, Səbinə Əliyevaya və şagirdləri Mədinə Qurbanova, Aylin Qarayeva, Ayan Abdullayeva, Mehin Əsədova, İsmayıl Əsədov,
Fuad Rüstəmov, Kamran Mahmudov (3-cü yer) qalib gəliblər.
Qaliblərə müxtəlif hədiyyələr,
ödənişsiz IELTS imtahanı,
Şekspirin əsərlərindən
ibarət kitablar təqdim olundu. Bundan başqa,
layihədə iştirak
edən bütün müəllim və şagirdlərə dramaturqun
əsərlərindən ibarət
kitablar, iştirakçı
sertifikatları verildi.
Xatırladaq ki, Uliyam Şekspir (1564-1616) dünya
ədəbiyyatına “Hamlet”, “Romeo və Cülyetta”, “Maqbet”, “Otello”, “Kral Lir”, “12-ci gecə” və s. kimi şedevrlər bəxş edib. Bu gün də
onun pyesləri dünyanın əksər
dillərinə tərcümə
edilərək səhnələşdirilir,
bu əsərlər əsasında filmlər çəkilir.
Fariz Hüseynov
Mədəniyyət.- 2014.- 4 iyul.-
S. 6.