Tarixçi şair: Mir Mehdi Xəzani

 

XIX əsr Azərbaycan ədəbiyyatında, xüsusilə Qarabağ ədəbi mühitində özünəməxsus yeri olan tarixçi, şair Mir Mehdi Mir Həşim oğlu Xəzaninin tərcümeyi-halı haqqında ətraflı məlumat olmasa da, bəzi mənbələrdə həyat yoluna qismən işıq salınır.

Onun 1819-cu ildə Bərgüşad mahalının Məmər kəndində anadan olduğu bildirilir. İbtidai təhsilini molla yanında alıb, sonra mədrəsədə oxuyub. Bir müddət Dizaq mahalında məktəbdarlıq edəndən sonra 1859-cu ildə Tuğ kəndində yerləşib. Burada da məktəbdarlıqla məşğul olub.

Mir Mehdi kənddə yaşasa da, Qarabağın ədəbi-mədəni mərkəzi Şuşa ilə daim əlaqə saxlayıb. O, “Qarabağ tarixi” (“Kitabi-tarixi-Qarabağ”) əsərinin müəllifi kimi tanınır. Müəllifin müqəddimədə qeyd etdiyinə görə, əsəri Mirzə Adıgözəl bəyin, Mirzə Camal Cavanşir QarabağininQarabağ tarix”lərindən əlavə, “təvarixi qədimlər”dən geniş istifadə edərək Mirzə Camalın nəvəsi Məhəmməd bəy Cavanşirin xahişi ilə yazıb. Əsər müqəddimə, 24 fəsil xatimədən (nəticə) ibarətdir.

Azərbaycan tarixşünaslığındaKitabi-tarixi-Qarabağkimi dəyərli əsər verən Mir Mehdi həm şair olub, Xəzani təxəllüsü ilə xoştəb şeirlər yazıb.

Bədii yaradıcılığında Füzuli ənənələrinə xalq ədəbiyyatı üslubuna söykənən Mir Mehdi Xəzaninin qəzəl, qəsidə, müxəmməs, müstəzad, qoşma, gəraylı, bayatı janrlarında yazılan nümunələri günümüzədək gəlib çıxıb. 1989-cu ildə əsərləri kitab şəklində çap olunub. Bir neçə il öncə Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunda Mir Mehdi XəzanininXəyalat məcmuəsiadlı şeirlər toplusunun əlyazması əldə edilib. 117 vərəqdən ibarətXəyalat məcmuəsi”ndə şairin yüzdən artıq qəzəl, qəsidə, müxəmməs, müstəzad, qoşma, gəraylı tapmacaları ilə yanaşı, Vaqif, Zakir, Asi digər Qarabağ şairlərinin şeirləri toplanıb.

Mir Mehdi Xəzani 1894-cü ildə vəfat edib.

 

Mədəniyyət.- 2014.- 4 iyul.- S. 14.