“Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək”
Beynəlxalq Mətbuat Mərkəzində “ELS - Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” layihəsinin təqdimatı olub. İctimai birliyin rəhbəri İradə Yaqubova Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihə barədə məlumat verib. Qeyd edilib ki, layihə çərçivəsində uşaq mahnılarının milli bazasının zənginləşdirilməsi məqsədilə “Yeni uşaq mahnıları - 2013” ümumrespublika müsabiqəsində qalib hesab edilmiş mahnıların not albomunun tərtib edilməsi, audiodiskin hazırlanması və Bakı və Sumqayıt şəhərlərinin uşaq bağçalarına paylanması nəzərdə tutulur.
Tədbirdə Azərbaycan bəstəkarlarının
əsərlərinin geniş auditoriyada təbliği, musiqi
əsərlərinin əlyazmalarının kitabxanalarda
saxlanması, ümumtəhsil məktəblərinin ibtidai siniflərində musiqi
və təsviri incəsənət fənlərini tədris
edən müəllimlər üçün
metodik ədəbiyyat hazırlanması məsələləri
müzakirə edilib.
Mədəniyyət.- 2014.- 9 iyul.- S. 2.