Opera Balet Teatrının orkestri Almaniyada festivala dəvət alıb

 

Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının rəhbərliyi Avropanın mötəbər mədəniyyət tədbirlərindən olan Qut-İmmlinq opera sənəti festivalına dəvət alıb. Festivalın rəhbəri Lüdviq Bauman bununla bağlı teatrın rəhbərliyinə məktub göndərib.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, orkestr Almaniyada keçirilən bu festivalda artıq yeddinci dəfə iştirak edəcək. Kollektivin builki qastrol səfəri avqustun 5-dən 12-dək davam edəcək. Orkestr avqustun 10-da festivalın qala-konsertində çıxış edəcək.

Bavariyanın səfalı guşələrindən olan Qut-İmmlinqdə təşkil olunan ənənəvi festivalda bu il Avropanın bir çox ölkələri ilə yanaşı, ABŞ, Çin, Yaponiya, Türkiyə - 38 ölkədən dəvət olunmuş vokal sənəti ulduzları, rejissor dirijorlar iştirak edəcəklər.

Qala-konsertdə Avropa bəstəkarları ilə yanaşı, Azərbaycanın ölməz bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev Fikrət Əmirovun əsərləri ifa olunacaq.

Orkestri festivalın bədii rəhbəri baş dirijoru Korneliya fon Kerssenbrofk Azərbaycanın Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcəklər.

Qeyd edək ki, orkestrin Almaniyaya səfəri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşəcək.

 

Mədəniyyət.- 2014.-  9 iyul.- S. 3.