Azərbaycan musiqiçiləri Montrö beynəlxalq caz festivalında
İsveçrənin Montrö şəhərində ənənəvi
beynəlxalq caz festivalı keçirilir. Bu il Artıq 48-ci dəfə gerçəkləşən və
dünyanın ən məşhur, virtuoz ifaçılarını bir
araya gətirən musiqi bayramında Azərbaycan yenə də geniş şəkildə təmsil
olunur. Üç ildir ki, Azərbaycan
Respublikasının Dövlət
Neft Şirkəti bu festivalın rəsmi tərəfdaşlarındandır.
İyulun 6-da festival çərçivəsində Xalq artisti, dünya
şöhrətli muğam
ifaçımız Alim
Qasımovun konserti təşkil edilib. Proqramda bir
ay əvvəlcədən elan
edilən və anşlaqla keçən konsertdə Azərbaycan muğamı böyük maraqla qarşılanıb.
Həmin gün Montrö festivalının iştirakçılarına
Azərbaycanın adından
ziyafət verilib. Gecədə İsveçrədə fəaliyyət
göstərən yerli
və beynəlxalq şirkətlərin nümayəndələri,
ictimai-siyasi xadimlər
iştirak ediblər.
Qonaqlar arasında Montrö festivalının
icraçı direktoru
Matyö Jaton, Dünya İqtisadi Forumunun tədbirlər və xidmətlər üzrə baş direktoru Jan Lu Deneria, İsveçrə Baş
Assambleyasının Xristian
Demokrat Partiyasından
olan üzvü Filippo Lombardi, UEFA-nın nümayəndəsi David Petriaşvili
də olub. Gecədə
Əməkdar artist Emil Əfrasiyab
konsert proqramı ilə çıxış
edib.
İyulun
19-dək davam edəcək
festival günlərində gənc virtuoz ifaçı, 2009-cu il Montrö festivalının
qalibi, Əməkdar
artist İsfar Sarabski,
Əməkdar artist Rəşad
Haşımovun rəhbərlik
etdiyi “Rast” qrupunun və məşhur saksofon ifaçısı Meseo Parkerin birgə konsertləri, həmçinin
Əməkdar artist Natiq
Şirinovun rəhbərliyi
ilə “Natiq ritm” qrupunun çıxışları olacaq.
Bununla yanaşı, Natiq Şirinov nağara, Coşqun Sadıqov isə balaban üzrə ustad dərsləri keçəcəklər.
Dünya mədəniyyət aləminin diqqət mərkəzində
olan və maraqla izlənilən
bu nüfuzlu tədbirdə
ölkəmizin peşəkar musiqiçilərlə təmsil
edilməsi, heç şübhəsiz, Azərbaycan
musiqi sənəti haqqında təsəvvürü
daha da genişləndirəcək.
Mədəniyyət.- 2014.- 9 iyul.- S. 4.