Mən Azərbaycanı necə
tanıyıram?
Əcnəbi gənclər
Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə tanış olublar
Azərbaycan Respublikası Xarici İşlər, Gənclər və İdman nazirliklərinin birgə gerçəkləşdirdiyi “Mən Azərbaycanı necə tanıyıram?” mövzusunda inşa müsabiqəsində fərqlənən əcnəbi gənclər Bakıya gəliblər.
Layihəyə Meksika, Argentina, Braziliya, Estoniya, Vyetnam, Belçika, Kanada, Cənubi Afrika Respublikasından gənclər qatılıb. Bir neçə ay davam edən müsabiqənin qalibləri müvafiq ölkələrdəki səfirliklərimizin təşkil etdikləri münsiflər heyətləri tərəfindən müəyyənləşdirilib və ən yaxşı inşa yazıların müəllifi kimi qiymətləndirilən 110 əcnəbi gənc Azərbaycanla daha yaxından tanış olmaq üçün respublikamıza dəvət edilib. Qonaqlar üçün Qobustana, Atəşgaha, Azərbaycanın müxtəlif rayonlarına maraqlı ekskursiyalar təşkil edilib.
AMEA-nın Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyini ziyarət edən gənclərin təəssüratları
daha zəngin və yaddaqalan
olub. Muzeylə tanışlıq
zamanı Azərbaycan haqqında təsəvvürlərinin zənginləşdiyini
bildirən əcnəbi tələbələr öz təəssüratlarını rəy və
xatirələr kitabında qeyd ediblər.
Qonaqlara muzeyin buklet və nəşrlərindən nümunələr
hədiyyə edilib.
Mədəniyyət.- 2014.- 9 iyul.- S. 4.