Şuşa Musiqili Dram Teatrının “Varlı qadın”ı
Şuşa Dövlət Musiqili Dram Teatrı yazıçı-dramaturq
Əli Əmirlinin “Varlı qadın” tamaşasının premyerasına
hazırlaşır. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşanın premyerası
iyulun 11-də Azərbaycan
Dövlət Musiqili Teatrında gerçəkləşəcək.
Səhnə əsərinin quruluşçu
rejissoru Əməkdar
artist Firudin Məhərrəmov,
quruluşçu rəssamı
Valeh Məmmədov, musiqi tərtibatçısı
Aygün Zeynalovadır. Rolları
Püstəxanım Zeynalova,
Teymur Məmmədov, Rasəf Mehdiyev, Nazir Rüstəmov, Mobil Qurbanov, Etibar Cəfərov, Məmməd
Məmmədov və başqaları ifa edirlər.
Əli Əmirlinin 1999-cu ildə qələmə
aldığı “Varlı qadın” komediyası indiyədək
respublikamızın bir çox
teatrlarında, eləcə də Tacikistanda,
Qırğızıstanda, Qazaxıstanda, Dağıstanda
müxtəlif dillərdə tamaşaya qoyulub.
Mədəniyyət.- 2014.- 9 iyul.- S. 4.