Nizami Kino Mərkəzində
uşaqlar üçün
pulsuz film nümayişi
Nizami Kino Mərkəzi Azərbaycan Respublikası ahıl, tənha və əlil insanlara yardım ictimai birliyinin müraciətini nəzərə alaraq iyulun 4-də Mərdəkanda yerləşən “Xəzər” uşaq evinin sakinləri üçün “Qızım üçün” filminin pulsuz nümayişini keçirib.
İctimai birliyin sədri Sevinc
Qarayeva və uşaq evinin müdiri Süsən
Qasımova filmi izləməyə gələn
uşaq və müəllimlər
adından kino mərkəzinin əməkdaşlarına
təşəkkürlərini bildirib və
belə xeyirxah aksiyaların mütəmadi
keçirilməsini arzu ediblər. Nizami Kino Mərkəzinin
rəhbərliyi bu cür
tədbirlərin keçirilməsinə hər zaman dəstək olacaqlarını
vurğulayıb.
Mədəniyyət.- 2014.- 9 iyul.- S. 4.