Bakıda gəzməli-görməli 10 yer
Rusiya nəşri Azərbaycan
paytaxtını turistlərə tanıdır
Bakı öz
simasını itirmədən kosmik
sürətlə dəyişən şəhərdir. Bu fikir Rusiyanın “Elle” jurnalının internet versiyasında
yer alıb.
“Bakıda gəzməli-görməli
10 yer” sərlövhəli
məqalədə deyilir
ki, müasir arxitektorların yaratdıqları
və orta əsrlərin memarlıq inciləri dünyanın heç bir yerində belə vəhdət təşkil
etmir.
Bakının görməli yerləri
arasında “Alov qüllələri” xüsusi
qeyd edilir: “Bu qüllələrə tamaşa
etməyi əldən
vermək olmaz. HOK layihə bürosunun
(ABŞ) futurusktik “tonqalı”
şəhərin ən
uca nöqtəsində
alovlanır”. Məqalədə Heydər Əliyev Mərkəzindən - istənilən
rakursda effektli görünən, rəvan
və axıcı forması olan memarlıq incisindən də danışılır.
Nəşr Bakının gəzməli-görməli
yerləri arasında diqqəti İçərişəhər,
Qız qalası, Xalça Muzeyi, Yay qalereyası, habelə mənalı vaxt keçirmək üçün restoran və klublara cəlb edir.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 9 iyul.-
S. 9.