Altı ayda İstanbula
107 min azərbaycanlı turist
gedib
İstanbul Mədəniyyət və
Turizm Müdirliyinin
(İMTM) hesabatına əsasən,
bu ilin yanvar-iyun
aylarında Azərbaycandan
İstanbula 107 min nəfər
turist səfəri edib. Məlumata görə, bu
müddətdə şəhərə
gələn turistlər
arasında almanlar çoxluq təşkil edib - 531 min nəfər.
Rusiyadan 301 min, Amerikadan
246 min, İrandan 235 min, Britaniyadan
221 min, Fransadan 221 min, İtaliyadan
198 min turist gəlib. Ərəb ölkələrindən
gələn turistlərin
sayı isə ilk 6 ayda 21% artaraq, 923 min olub.
Qeyd edək ki, ümumilikdə
İstanbula gələn
turistlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə
9% artaraq, 5 milyon 382
min nəfər təşkil
edib.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.- 2014.- 9 iyul.-
S. 9.