“Ər və arvad” Mingəçevir
səhnəsində
Mingəçevir Dövlət Dram Teatrı iyulun 15-də Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” tamaşası ilə mövsümü bağlayacaq. Teatrın truppa rəhbəri Elşən Məmmədov sənət ocağının yeni mövsüm planları barədə də məlumat verib: “Yeni mövsümdə ilk olaraq balaca tamaşaçıları sevindirəcəyik. Sentyabrdan etibarən teatrımızın səhnəsində dəvətli olaraq Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov “Qırmızı papaq”, Əməkdar artist Loğman Kərimov isə “Qaraca qız” tamaşasına quruluş verəcək”.
Elşən Məmmədov onu
da əlavə edib ki, hazırda teatrın səhnəsində
Seyfəddin Dağlının “Oyun bitdi” komediyasına quruluş
verir. Tamaşa iyulun 13-də Mingəçevir
tamaşaçılarının ixtiyarına veriləcək.
Mədəniyyət.- 2014.- 9 iyul.-
S. 12.