Balaca istedadın uğuru

 

Bolqarıstanın Varna şəhərində uşaqlar arasında keçirilən "Golden Sparkles European Music Festival"da ölkəmizi Abdulla Şaiq adına Dövlət Kukla Teatrının solisti 7 yaşlı Aylin Nəcəfli təmsil edib. "Addım Gənclər Təşkilatı"nın dəstəyi ilə festivala qatılan balaca istedad "Tıq-tıq xanım" cizgi filminin soundtrakı və musiqisi Cahangir Zülfüqarova, sözləri Elçin Nəsirliyə aid “İşıqlı dünya" mahnısını səsləndirib.

Rumıniya, İtaliya, Malta, Belarus, Makedoniyas. ölkələrdən həmyaşıdları ilə yarışan təmsilçimiz "Ən yaxşı ifaçı" kimi mükafatlandırılıb. Bundan başqa, Aylin Nəcəfliyə Bolqarıstanın məşhur rəssamı Natalya Valievanın əsəri hədiyyə olunub.

 

Mədəniyyət.- 2014.- 9 iyul.- S. 12.