Ölkəmizin gözəl təbiəti rusiyalı rəssamın xalçasında

 

Lətif Kərimov adına Azərbaycan Xalça Muzeyində Rusiyanın Əməkdar rəssamı İqor Burqanovun eskizi əsasında toxunmuş xalçanın kəsilməsi mərasimi keçirilib. Muzeyin direktoru Röya Tağıyeva bildirib ki, xalçaçılarımızın dörd aya ərsəyə gətirdikləri xalçada Azərbaycanın gözəl təbiətinin - zümrüd çəmənlərin, mavi dənizin və mavi səmanın bütün rəng çalarları öz əksini tapıb. Müəllif onu muzeyə hədiyyə edib. Burqanovun xalçasının təqdimat mərasimi Xalça Muzeyinin yaxın vaxtlarda istifadəyə veriləcək yeni binasında keçiriləcək.

Qeyd edək ki, İqor Burqanov Moskvadakı “Burqanov Evimuzeyinin direktoru, Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvü, sənətşünaslıq məsələlərinə dair kitabların müəllifidir. Xalçaçı-rəssam Bakıda tez-tez qonaq olur. Burada onun yaradıcılığına həsr edilmiş sərgi və elmi konfranslar keçirilib. Mayın 12-də İ.Burqanovun Xalça Muzeyində açılan “Müasir xalça” sərgisi iyulun 22-dək davam edəcək.

 

Mədəniyyət.- 2014.- 9 iyul.- S. 12.