“Azerbaijan Art Festival”
Bölgələrdə sərgi və ustad dərsləri
Xəbər verdiyimiz kimi, “Baku Creative Center”in təşkilatçılığı, Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi və “Nar
Mobile” mobil operatorunun baş sponsorluğu ilə “Azerbaijan Art Festival - 2014” (“Azərbaycan İncəsənət
Festivalı”) layihəsi
həyata keçirilir.
“Baku Creative Center”dən bildiriblər ki, turne şəklində Azərbaycanın bölgələrini
əhatə edən layihə çərçivəsində
ilk olaraq Astara rayonunda sərgi və ustad dərsləri
təşkil olunub. Sərginin açılışında
Astara Dövlət Rəsm Qalereyasının
direktoru Naibə Mustafayeva və yerli rəssam Firudin Quliyev çıxış edərək
təşkilatçılara minnətdarlıqlarını bildirib,
layihənin davamlı
olmasını arzulayıblar.
Layihənin əlaqələndiricisi Fərəh
Ələkbərli “Azerbaijan Art
Festival-2014” haqqında məlumat
verib. Layihə iştirakçısı Gülnarə Kuzukova həvəskar rəssamlar
üçün ustad
dərsi keçib.
“Azerbaijan Art Festival-2014” layihəsinin
növbəti sərgi
və ustad dərsi iyulun 5-də Lerik rayonunda keçirilib. Lerik Dövlət Rəsm
Qalereyasının direktoru
Mükafat Yaqubov və Mədəniyyət
və Turizm Şöbəsinin nümayəndələri
çıxış edərək
layihənin əhəmiyyətindən
söz açıblar.
Rəssam Erkin Ələkbərli
rayonun təsviri sənət həvəskarları
üçün ustad
dərsi keçib.
Layihə çərçivəsində daha bir sərgi
Lerik rayonunda təşkil olunub. Açılışda layihənin kuratoru Fərəh Ələkbərli
“Azerbaijan Art Festival-2014” haqqında məlumat verib. Sərgidə Lalə Ağayeva, Asima Səmədli, Fəxri Abbasov, Səmra Axundova, Fəqanə Əliyeva, Vüsalə Ağarazıyeva, Fəridə
Qarayeva, Lalə Hüseynova, Rasim Mahmudov, Elnur Həsənov, Pərviz Əsədov, Günel Ravilova, Anar Qəmbərli, Mehriban Şamsadinskaya və digər rəssamların əsərləri nümayiş
etdirilir.
İyulun 30-dək davam edəcək layihənin proqramına Lənkəran,
Bərdə, Goranboy, Gəncə, Şəmkir,
Qazax və Ağstafa
rayonlarında da sərgilərin və ustad dərslərinin təşkili daxildir.
Mədəniyyət.- 2014.- 9 iyul.-
S. 16.