“Halay”
Dunay festivalında ölkəmizi uğurla təmsil edib
İyulun 2-dən 6-dək
Macarıstanın Kaloça
şəhərində XX ənənəvi
Dunay mahnı və rəqs festivalı keçirilib. 10-dan çox
ölkədən 30-a yaxın
milli rəqs ansamblının iştirak
etdiyi festivala bu il Azərbaycan qonaq statusunda dəvət alıb.
Ölkəmizi mədəniyyət bayramında
Masallı rayonunun məşhur “Halay” rəqs qrupu təmsil edib. Kollektiv canlı
musiqinin müşayiəti
ilə Azərbaycan rəqslərini nümayiş
etdirib, habelə folklor nümunələrinin
təqdimatını keçirib.
Festival zamanı ayrıca
Azərbaycan musiqisi gecəsi təşkil edilib. Minlərlə musiqisevərin iştirakı
ilə keçirilən
festivalda təmsilçilərimizin
çıxışı alqışlarla
qarşılanıb.
Kaloça şəhərinin
meri Ferents Terek sənətçilərimizə təşəkkürünü
bildirib, nümayiş
olunan Azərbaycan rəqslərinin
tamaşaçıları valeh etdiyini deyib.
Mədəniyyət.- 2014.- 9 iyul.-
S. 16.