Xalq üçün yaşanan ömür

 

Paytaxt rayonlarının mərkəzləşdirilmiş kitabxana sistemlərində ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin (14 iyul 1969) 45 illiyi münasibətilə tədbirlər keçiriləcək. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin müvafiq tədbirlər planına əsasən, iyulun 14-dən 16-dək Nizami, Suraxanı, Xəzər, Binəqədi, Xətai, Sabunçu, Nərimanov, Yasamal, Qaradağ, Nəsimi, Səbail rayonlarının mərkəzləşdirilmiş kitabxana sistemlərində “Xalq üçün yaşanan ömür”, “Bənzərsiz şəxsiyyət”, “Tarix qurub-yaradanları qiymətləndirir”, “Böyük şəxsiyyət, əbədi lider” və s. mövzularda sərgi, söhbət, dəyirmi masalar təşkil ediləcək.

 

Mədəniyyət.- 2014.- 11 iyul.- S. 2.