Dünya Fotoqraf Günü qeyd olunacaq

 

İyulun 12-də Azərbaycan Fotoqraflar Birliyinin (AFB) ənənəvi “Açıq qapı günü” toplantısı keçiriləcək. AFB-nin sədri Mirnaib Həsənoğlu bildirib ki, toplantıda fotoqrafiyanın yaranmasının 175 illiyinə həsr olunmuşSay Chesse” layihəsinin “Mənim ölkəm Şərq əməkdaşlığında” müsabiqəsinin qalibləri elan olunacaq. Tədbirdə 12 iyul - Dünya Fotoqraf Günü münasibətilə keçirilən “Dairə” fotomüsabiqəsinin qaliblərinin adları da açıqlanacaq. Həmçinin yay mövsümü ilə əlaqədar yeni müsabiqənin mövzusu elan olunacaq.

 

Mədəniyyət.- 2014.- 11 iyul.- S. 2.