Amerikalı fotojurnalist
azərbaycanlı köçkünlərlə bağlı kampaniyaya qoşulub
Böyük Britaniyada təşkil edilmiş MHR kampaniyasının məqsədi Ermənistan ölkəmizə hərbi təcavüzünün qurbanı olan azərbaycanlı qaçqın və məcburi köçkünlərinin həyatı haqqında həqiqətləri dünyaya çatdırmaq məqsədilə elan edilən “Many Happy Returns” kampaniyasına tanınmış simalar qoşulmaqda davam edir. Bu mesaj (“Many Happy Returns”) eyni zamanda öz yurd-yuvalarına qayıtmaq istəyən insanların da arzularının həyata keçməsi üçün edilən duadır.
Avropa Azərbaycan Cəmiyyətindən verilən məlumata görə, dünyanın məşhur fotojurnalistlərindən olan Ed Kaşi www.manyhappyreturnsidp.com. internet səhifəsində “Many Happy Returns” kampaniyasını dəstəklədiyini ifadə edib.
Nyu-Yorkda yaşayan
Ed Kaşi ömrünün son 30 ilini dünyanın münaqişə bölgələrində
insan faciələrini foto
lentə almağa sərf edib.
Onun fotoları
“National Geographic”, “Newsweek”, “Time” və
“The New York Times” kimi mətbuat
orqanlarında dərc
olunub.
Ed Kaşi 2010-cu ildə
“UNİCEF Photo” mükafatçısı
olub və “Prize Pictet” qlobal fotoqrafiya mükafatına layiq görülüb,
2011-ci ildə “World Press Photo” müsabiqəsində qalib
gəlib. Yeddi kitabın müəllifidir.
“Fotojurnalistika” adlı son kitabı bu sahədə çalışanların masaüstü
nəşridir.
Ed Kaşi
bu yaxınlarda Azərbaycanın müxtəlif
yerlərində məskunlaşan qaçqın və məcburi
köçkünlərin həyat tərzini fotolentə almaqla “Həyata keçməyən arzular” adlı layihəni həyata keçirib. “Mən bunu öz gözlərimlə görmüşəm
- həqiqətən də ürək göynədən bir vəziyyətdir. Məcburi
köçkünlərin acınacaqlı vəziyyətini
işıqlandıran kampaniya həyata
keçirmək yaxşı ideyadır”, - deyə o, söyləyib.
Mədəniyyət.- 2014.- 11 iyul.-
S. 4.