Dünyanın usta
aşpazları Norveçdə bir araya gəliblər
Beynəlxalq
konqresdə ölkəmiz də təmsil olunub
Norveçin Stavanger şəhərində Dünya Usta Aşpazlar Birlikləri Assosiasiyasının konqresi keçirilib. Konqresə müxtəlif ölkələrdən 1300 usta aşpaz və Dünya Usta Aşpaz Birlikləri Assosiasiyasının 100-dən çox üzvü qatılıb.
Tədbirdə Azərbaycanı Milli Kulinariya Mərkəzinin rəhbəri, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanovun başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib.
Dörd gün
davam edən konqres
çərçivəsində konfranslar,
seminarlar, dequstasiyalar,
ölkələrin təqdimatları olub,
habelə usta və gənc aşpazlar arasında dünya
çempionatının finalı keçirilib,
hər bir iştirakçının
ustalığı qiymətləndirilib.
Mədəniyyət.- 2014.- 11 iyul.-
S. 4.