Milli Dram Teatrında mövsümün son tamaşası

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 141-ci mövsümünü başa vurdu. Kollektiv iyulun 9-da teatrsevərləri Avksenti SaqarelininXanumapyesi əsasında hazırlanmış eyniadlı tamaşanın nümayişinə topladı.

 

Hadisələr XIX əsrdə Tiflisdə baş verir. Müflisləşən gürcü knyazı Pantiaşvili borclarını qaytarmaq rahat yaşamaq məqsədilə varlı bir qızla evlənmək üçün Tiflisin ən məşhur yengəsi Xanumanı arabulucu tutur. O, knyaz üçün Quliko adlı qız tapır. Kabato adlı digər yengə isə knyazı öz namizədi - varlı tacir Makar Tkvilkotriaşvilinin qızı Keto ilə evləndirmək istəyir. Keto isə öz musiqi müəllimini - knyaz Pantiaşvilinin qardaşı oğlu Koteni sevir... Uzun çək-çevirdən sonra hiyləgər Xanuma knyazı Quliko ilə evləndirir. Kote Keto ilə, Xanuma özü isə Niko ilə evlənir.

 

Bir az parodiya, bir az da komediya

 

Fərqli yozum komizmdə təqdim edilən əsər repertuarda çoxdan olsa da paralel olaraq paytaxtın digər teatrında oynansa da, akademik səhnəninXanuma”sı yenə baxımlı idi. Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov fantaziyasını, vizual modelini çox sərbəst qurmuşdu. Belə ki, o, özünə rahat formanı tətbiq edərək fərqli tərzli mizanlar qurmuş, diskussiyalar, dialoq jestlərdə aktiv bir ab-hava yaratmışdı. Bir az parodiya, bir az məsxərə, bir az da komediya vardı. Yəni hamı oynayır, mütləq isə baş verir həm oyunun içində oyun elə-belə ötüb keçir. Rəqslər, ifalar, jest mimikalar aktyorların timsalında belədən-belə səpələnir. Adama kənardan qəribə bir miks təsiri bağışlayan görüntüdə həm ciddi bir səliqəlilik, mizan təfərrüatı var.

Beləcə, rejissor bədii mətndən bəlli epizodları sanki sintez, fərqli sürətlə dəyişən əlavələri ilə montaj edir izləyənlərə klassik yengənin müasir ruhunu göstərməyə çalışır.

Aktyorların vərdiş etdiyimiz ampluadan kənara çıxaraq nümayiş etdirdikləri oyunu da alqışlamaq lazımdır. Onlar akademik teatrın aktyoru kimi adət olunmuş oyun manevrlərindən arınaraq sanki səhnə karnavalında, bilim bir banketdə əylənmək ab-havasındakı qədər usta, maraqlı, baxımlı ən əsası əyləncəli oyunda idilər.

"İkihissəli parodiya" kimi təqdim olunan tamaşada rolları xalq artistləri Bəsti Cəfərova, Cəfər Əhmədov, Səidə Quliyeva, əməkdar artistlər Mətanət Atakişiyeva, Elşən Cəbrayılov, Əsgər Məmmədoğlu başqaları ifa edirdilər.

 

Bir mövsümdə 10 yeni tamaşa

 

Tamaşanın nümayişindən sonra mövsümün başa çatması münasibətilə fikirlərini bölüşən Azərbaycan Dövlət Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov teatrın direktoru, professor İsrafil İsrafilov yaradıcı heyətə uğurlar arzuladılar. Azərbaycan teatrının tarixi inkişaf proseslərindən, bu sahədə qazanılmış uğurlardan gələcək planlardan söz açdılar.

141-ci teatr mövsümünün Akademik Milli Dram Teatrı üçün son dərəcə səmərəli yaradıcılıq prosesi ilə yadda qaldığını vurğulayan İsrafil İsrafilov mövsüm ərzində biri dövlət sifarişi, 9-u isə daxili imkanlar hesabına olmaqla 10 yeni tamaşanın hazırlanaraq sənətsevərlərin ixtiyarına verildiyini bildirdi. Kollektiv bu mövsümdə üç beynəlxalq teatr festivalına qatılıb, həmçinin ölkədaxili qastrollara böyük önəm verib.Anamın kitabı”, “Zorən şorgöz”, “OliqarxDanışan gəlinciktamaşaları Quba, Xaçmaz, Yevlax, Mingəçevir, Tovuz, Gəncə, Şəmkir, Lənkəran digər bölgələrdə nümayiş olunub.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2014.- 11 iyul.- S. 5.