Gənc Tamaşaçılar Teatrı yeni mövsümdə “Qoğalın nağılı”nı təqdim edəcək

 

İyulun 16-da Dövlət Gənc Tamaşaçılar Teatrında “Qoğalın nağılı” adlı yeni səhnə əsərinə ictimai baxış olacaq. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradovadır. Rolları Günel Məmmədova, Zülfiyyə Alhüseynova, Roza İbadova, Anar Seyfullayev, Araz Pirimov, Ramil Məmmədov, Müşfiq Əliyev, Eşqin Quliyev canlandıracaqlar. Teatrın növbəti, 87-ci mövsümdə ilk premyerası “Qoğalın nağılı” olacaq. Premyera oktyabra nəzərdə tutulub.

 

Mədəniyyət.- 2014.- 11 iyul.- S. 5.