“Azərbaycan - tolerantlıq məkanı”
İsraildə
fotosərgi açılıb
Altı aydan artıqdır ki, “Azərbaycan - tolerantlıq məkanı” mövzusunda fotosərgi İsrailin müxtəlif şəhərlərini dolaşmaqdadır. Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, iyulun 8-də Lod şəhərində Heydər Əliyev Fondunun və Milli Tolerantlıq Mərkəzinin birgə dəstəyi ilə İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) tərəfindən təşkil olunmuş sərgi xüsusilə yaddaqalan olub.
Assosiasiyanın nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışıb. Vəkil İlana Laytmanın əsrlər boyu Azərbaycanda yaşayan yəhudilərin həyatı barədə maraqlı məruzəsi dinlənilib.
Çıxışlardan sonra
israilli telejurnalistin
Bakı səfəri zamanı hazırladığı sənədli
film nümayiş olunub.
Mədəniyyət.- 2014.- 11 iyul.-
S. 6.